четверг, 26 мая 2016 г.


NƏTİCƏ                                                                          
   Biz araşdırmadan belə nəticəyə gəldik ki, arıların təbiətdə və insan həyatında çox böyük əhəmiyyəti var.Buna görə biz təbiəti qorumaq və çoxlu çəmənliklər salmaq, çiçəklər əkib becərməliyik ki, arılar çiçəklərdən nektar toplasın, çiçəkləri tozlandırsın. Biz arı ailəsi ilə tanış olduqda  görürük ki, işçi bal arılarının fəaliyyıti nıticəsində bal alınır. Biz indi bildik ki,süfrəmizdə olan min bir dərdin dərmanı bal hardan və necə hazırlanır ?  Nə qədər şəfalı, keyfiyyətli olduğunu öyrəndik. Bal - arıların çiçəkdən topladığı nektarın  çinədanda vəzlərin təsiri ilə hazırlandığı məhsuldur. onlar hazırladıqları məhsulu altıbucaqlı şanalara tökürlər. Beləliklə,bal hazırlanır. Biz təbiətə bəzək verən,faydalı həşaratları qorumalıyıq.

вторник, 24 мая 2016 г.

Araşdırma:

                                                              ARAŞDIRMA                                                                                  
Biz qruplar araşdırırıq ki, arıların təbiətdə və insan həyatında rolu böyükdür. Belə ki, arılar  çarpaz tozlanmada iştirak edir. Onlar bir çiçəyin tozcuğunu digər çiçəyin ağızcığına tökür.Beləliklə, çiçəklərdə çarpaz tozlanma bas verir. Arılar xalq təsərüfatının müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə olunan mum əldə edirik. Yel və bir sıra xəstəliklərin müalicəsində arı zəhərindən geniş istifadə olunur. Kənd təsərrüfatı bitkilərinin xüsusi ilə yonca və digər yem otlarının tozlandırılmasında mühüm rol oynayır. yazda havalar qızmağa başladıqda işçi arılar yuvadan çıxıb uçur. Bu zaman onlar ilk bahar çiçəkləri üzərinə qonyb onlardan tozcuq  və nektar götürür.Ana arı isə mayalanmış yumurtalarını şanın xanalarına qoyur. Həmin yumurtalardan çıxmış süfrələri arılar bal və çiçək  tozu qarışığı ilə yemləyir. Ana arı və erkək arıların sürfələri daha iri xanalarda inkişaf edir.
         BEÇƏVERMƏ. Cavan ana arının çıxmasına  bir qədər qalmış yetkin ana arı işçi arıların bir qismi ilə birlikdə uçub pətəkdən çıxır.Beləliklə, beçəvermə başlayır. Pətəkdən çıxmış beçələr ağac budağına qonmuş ana arının başına toplaşaraq kələf əmələ gətirir. Bu cür arı topasının asanlıqla kisəyə doldurub yeni pətəyə köçürürlər.
Yayın ikinci yarısında işçi arılar qış üçün bal ehtiyyatı tədarük etməyə başlayır.Soyuqlar düşdükdə arılar pətəyin bütün yarıqlarını mumla suvayır və qışlamağa hazırlaşır.Qışda arılar şan üzərində sıx cərgələr şəklində oturur, tədarük etdikləri balla qidalanır.
ARILARDA XƏBƏRDARLIQ RƏQSİ.  Hər hansı bir işçi arı nektarla zəngin olan çiçəkliyə rast gəldikdə tez pətəyə qayıdır və şan üzərində fırlanaraq qarıncığını oynatmaqla tozcuq və çiçəyin qoxusunu ətrafa yaymağa başlayır.Müşahidələr göstırmişdir ki, arıların bu  cür "rəqs" etməsi onların sözsüz "danışmasıdır".Rəqsin forması və xüsusiyyətlərinə görə arılar bilir ki, nektar toplamaq üçün hansı istiqamətə  və nə qədər  məsafə uçmaq lazımdır. Şirə toplama yerinə çatmış arılar ilk arının pətəyə gətirdiyi qoxunu verən çiçəklərə qonub nektar sormağa başlayır.
İNSTİNKT. Arıların yaşayışı ilə tanış olduqda  adama ele gəlir ki, onların davranışı şüurludur. Belə ki, onların davranışındakı dəqiqlik, düzgünlük və təcrübələr apardıqda aydın olur ki, bu, heç də belə deyildir.Arılar şan qurmaq məharətini,danışmağı heç kimdən öyrənməmişdir,bunlar onların anadangəlmə qabiliyyətidir.
    Biz bal arısı haqqında araşdırma apardıq ki, arı balı necə hazırlayır?
Arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır.Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən – nektardan hazırlayırlar. Nektarı sorurlar və çinədana tökülür.Orada həzm şirələrinin təsirinə məruz qalır.Sonra onlar hazırladığı şirəni altıbucaqlı şanalara töküllər və beləliklə, bal hazırlanır.

понедельник, 23 мая 2016 г.

GİRİS

 BAL ARISININ BİOLOGİYASİ VƏ ƏHƏMİYYƏTİ

Aləmi:Heyvanlar
Tip:Buğumayaqlılar
Sinif:Cücülər
Dəstə:Pərdəqanadlılar
Fəsiləüstü:Arılar
Fəsilə:Əsl arılar
Cins:Apis
Növ:Bal arısı
Elmi adı
Apis mellifera Linnaeus         
        

                                                                                                                                                                                                                                                                                                                                                                                                    Zarqanadlılar dəstəsi növ tərkibinə görə çox zəngindir. Azərbaycanda 2500-ə qədər novü              məlumdur. Arılar dəstələrlə yaşayır. Arının bədəni 3 hissədən ibarətdir; baş,döş,ayaq.Başı böyük olub tükcüklərlə örtülüdür. Başının yanlarında iki mürəkkəb göz, bu gözlərin arasında üç sadə gözcük yerləşir. Başdan ön tərəfə istiqamətlənən bir qədər əyilmiş olan iki uzun bığcıq vardır.                       Arıların həyatında hiss orqanlarının rolu olduqca böyükdür. Qaranlıq pətəkdə lamisə orqanlarının mühüm əhyyəti var. İy bilmə və görmə orqanları isə gül və çiçəkləri tapmaqda mühüm rol oynayir. Arılar göy və sarı rəngləri yaxşı seçir və hətta insanın görə bilmədiyi ultrabənövşəyi şüalari görür. ancaq onlar qırmızı rəngi seçə bilmir.                                                                                                                     
  Arılarin ağız orqanları gəmirici, yalayıcı adlanır. Arılar alt çənələri və uzun alt dodağı vasitəsi ilə çiçəkdə olan nektarı yalayır.                  İşçi arının döşü sıx tükcüklərlə örtülmüşdür. Belinde iki cüt  yarımşəffaf (zar) qanad vardır. İşçi arının ayaqları çiçək tozu toplamaq və şan xanaları qurmaq üçün uyğunlaşmışdır. İşçi arının qarıncığının sonunda neştər olur ki,  neştəri heyvanın və yaxud insanın bədəninə sancdıqda açılmış yerə zəhər axır və bu zaman şiddətli ağrı     baş veri.                                                                                                                                                                                                                                                                                                                                                                        BAL ARISININ YAŞAYIŞI                                                      Arı ailəsi 3 qru pa bölünür;                                                                                                                                                                                                                                                                                         1.Ana arı              2.Erkək ari             3.Dişi və ya işci arı              
              
                                     
İşçi arının ömrü 40 gün olur.17-18 günlükdə arılar artıq bala çıxarır. İşçi arı qüvvəsi, yəni sayı çox  olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilər.   Onlar 15 km.-ə qədər yol gedib gəlirlər. Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar.
Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar. Onların əmələ gətirdikləri məhsul, yəni bal min bir dərdin dərmanıdır.

Bal arısı haqqında nə bilirsiniz?


Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Bundan başqa ana arının genetik proqramına kodlanmış informasiya ilə sintezlənən bəzi xüsusi kimyəvi maddələr də mövcuddur. Bu qoxular vasitəsilə də işçi arıların yumurtalıqlarının böyüməsinə mane olunur. Törəmə qabiliyyəti olmayan bu işçilərə sadəcə pətəyin içində və xaricindəki fəaliyyətləri yerinə yetirmə vəzifəsi verilmişdir.
Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar var.
Pətəyin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını və ya suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.
Qış aylarında arılar çölə çıxmırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar heç vaxt çölə çıxmağa meyilli deyillər.
Bal arısı haqqında nə bilirsiniz?
                                                       Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar                                                                                                                                                                                                                            ARI SÜDÜ                                                                            – arıçılıq məhsuludur. Arı südü 5-15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsınə sərf olunu

Tərkibi

  • Su – 65%
  • Zülallar 14-18% (əsasən albuminlər və qlobulinlər)
  • arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır 
  • karbohidratlar 9-18% (qlükoza, fruktoza, saxaroza)
  • vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu
  • Ali karbon turşuları (kəhrəba, palmitin, stearin və sair turşular)
  • cinsiyyət hormonları (estradiol, testosteron, proqestron)
  • mineral duzlar
  • mikroelementlər – dəmir, kobalt, kalium, kalsium, natrium, maqnezium, sink, mis, nikel, qızıl
  • asetilxolin
  • stearinlər
  • fermentlər – amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza
  • lipidlər

Təsirləri

  • antivirus (qrip və stomatit viruslarına təsir edir)
  • güclü biostimullaşdırıcı
  • qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, lakin leykositlərin miqdarını azaldır)
  • daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stımullaşdırır
  • qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarini artırır
  • həzm orqanlarının işini yaxşılaşdırır
  • qan dövranı orqanlarının işini yaxşılaşdırır
  • uşaqların böyüməsini stimullaşdırır
  • orqanizmin qocalmasını ləngidir
  • maddələr mübadıləsını stimullaşdırır
  • yaddaşı yaxşılaşdırır
  • həyat tonusunu qaldırir
  • arterial təzyiqi normallaşdırır
  • аnabolik
  • endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin fünksiyasını stimullaşdırır
  • immun sistemini gücləndirir
                                                                                                                                                                                                                                                                                                                                    Arı zəhəri - arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul.

Ümumi   məlumat

Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir.

Arı zəhəri təbabətdə                

Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə vəmüxtəlif preparatlar şəklində istifadə edilir.Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin(işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir.
Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir.                                        

                                       Bal

Arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır.
Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən – nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.
Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Balın ətri, dadı, rəngi, görünüşü və kristallaşması, balın alınmış olduğu bitkilərə görə fərqlənir.
Bal tez və ya gec(götürüldüyü çiçəkdən və saxlanmaq şəraitindən asılı olaraq ) qatılaşıb xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq,
günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlanır(bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlanır. Xarlanmaq balın keyfiyyətinə təsir etmir.
Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.
Bal arıların istehsal etdiyi təbii,müalicəvi bir məhsuldur. Arılar balı çiçəklərdən,bitkilərdən topladıqları şirələrdən-nektardan hasil edirlər. Nektar-bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər – fruktoza və qlyukoza,habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza,melibioza,rafinoza vardır. Nektarın tərkibində şəkərin miqdarı bitkinin növündən asılı olaraq 3%-dən 76%-ə qədər olur. Şəkərdən əlavə tərkibində az miqdarda zülallı maddələr,üzvi duzlar və mineral maddələr müvcuddur. Suyun tərkibi nektarda 40%-dən 90%-ə qədərdir. Bir kiloqram bal hasil etmək üçün arı iki min uçuş edir,yüz minlərlə-milyonlarla çiçəklərdən nektar toplayır. Arı balı sorarkən ona nektarı bala çevirməsi üçün vacib olan udlaq vəzilərinin şirəsi də qarışır. İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar. Burada nektarın tərkibindəki artıq su tezliklə buxarlanır. Əsas gəlir vaxtı pətəkdə olan buxarı oradan kənar etmək üçün yuvanın üstündə uçuş bacasında bir dəstə arı qənədlərini aramsız titrətməklə pətəyin havasını dəyişdirir.
Nektarın toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar bu zaman ən mühim işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlyukoza və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlyukoza çox olduqda xarlanma tezləşir. Buna misal olaraq günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlanma ləng gedir.
Arılar bala turşuluq verirlər. Fermentlərin təsirindən qlyukozanın bir hissəsi qlyukonat turşusuna çevrilir. Buna görə də bal həmişə turş reaksiyaya malik olur. Nektarın dəfələrlə bir qovuqcuqdan başqasına köçürülməsi prosesində arının bal çinədanındakı xortumundakı udlaq vəzilərinin şirəsi ilə qarışması nəticəsində o,bala çevrilir və uzun müddət xarab olmadan qalır. Arılar onun üzərini nazik mum qapaqcıqları ilə örtürlər. Nektarın bala çevrilməsi prosesi bundan sonra da davam edir. Bal yetişir,ətirli olur və onun acı tamı çəkilir. Balın tərkibində 16%-dən 22%-ə qədər su,75%-ə qədər qlyukoza və fruktoza,3%-ə qədər saxaroza (qamış şəkəri) olur. Qalan tərkib hissələri isə zülallardan,üzvi turşulardan,fermentlərdən,vitaminlərdən,mineral,ətirli və boyayıcı maddələrdən ibarətdir.       

Balın əhəmiyyəti


Balda orqanizmdən ötrü ən zəruri qida maddələri var
Təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizmdən ötrü ən zəruri qida maddələri var. Odur ki, bal yeməklə bədəni çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində özünü büruzə verir.
Balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Bal bədənə istilik verməklə bərabər sidikqovucu və quruducu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırır.
Orta əsrlərin məşhur alimi Əbu Əli ibn Sinanın nəsihəti bu gün də qüvvəsindədir: "Ey insan övladları! Əgər gənclik, cavanlıq təravətini daim saxlamaq və uzun ömür sürüb sağlam qalmaq istəyirsinizsə, müntəzəm olaraq ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi bal yeyin!"

Balın antibakterioloji təsiri

Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki kiflənmənin və müxtəlif növ mikrobların məhvini təmin edir. Aparılan tibbi araşdırmalardan da belə sübuta yetirilmişdir ki, insanın xəstələnməsinə səbəb olan mikroblar balın nəticəsində ölərək öz təsirlərini itirmişlər. Bunu təsdiq edən digər faktorlardan biri də balın tərkibinin orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngin olmasıdır. Bu maddələr mikrobların çoxalıb artmasına əngəl törədir və onların təsir gücünü zəiflədir. Bunun da səbəbi balın tərkibində mikrobların qatili hesab olunan oksigenli suyun olmasıdır. Alimlər bu barədə sübuta yetirilmiş bir elmi həqiqəti kəşf etmək imkanını əldə etmişlər ki, bu da 50% təzə bal məhlulunun bütün növ bakteriaları öldürməsidir. Bu barədə danışarkən belə bir sual meydana çıxır: "Bal mikroblara qarşı necə müqavimət göstərir?" Bu sualı bir neçə məqama toxunmaqla da cavablandırmaq olar.
  1. Balın tərkibində arı turşusu mövcuddur. Bu da orqanizmdəki çürümənin və ya kiflənmənin birinci dərəcəli düşmənidir.
  2. Balın tərkibində mikrobların qatili hesab olunan oksigenli su mövcuddur.
  3. Balın tərkibinin 80%-ni qatılaşdırılmış şəkərlər tutur ki, bu da mikrobların inkişafına imkan vermir.
  4. Balın tərkibi orqanizmdəki bakterioloci inkişafın qarşısını alan maddələrlə zəngindir. Bu maddələr də ancaq arı məhsullarındandır. Bu cür maddələr süni yolla hazırlanmış balda mövcud deyildir.